SON XƏBƏR

Komada olan qazimiz şəhid oldu

İyun 16
15:31 2021
Vətən Müharibəsinin daha bir iştirakçısı şəhidlik zirvəsinə ucalıb. 

Qlobal.az unikal.org-a istinadən xəbər verir ki, ağır vəziyyətdə olan Masallı rayon sakini, II Qarabağ Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov həkimlərin səylərinə  baxmayaraq bu  gün dünyasını  dəyişib. 

Qeyd edək ki, təxminən 2 həftə öncə komaya düşən Vətən Müharibəsi qazisi Zeynal Fizuli oğlu Şahhüseynov Bakı Respublika Neyrocərrahiyyə Xəstəxanasında müalicə  alırdI.

Xatırladaq ki, Zeynal Şahhüseynov müharibə başlayandan cəbhəyə könüllü yollanıb və kəşfiyyat bölüyündə xidmət edib.

Allah rəhmət eləsin!
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook