SON XƏBƏR

Kolumbiyada 80-dən çox nümayişçi itkin düşüb

May 05
07:53 2021
Kolumbiyada keçirilən etiraz aksiyalarında iştirak edən 80-dən çox insan itkin düşüb.

"Report”un məlumatına görə, bu barədə "Efe Eme” radiostansiyası Ombudsman ofisinin məlumatlarına istinadən xəbər verib.

Qeyd olunub ki, 28 aprel tarixindən bu günə qədər nümayişlərdə iştirak edən 87 nəfərdən xəbər yoxdur. Təkcə Kali şəhərində 35 nəfər itkin düşüb.

Xatırladaq ki, Kolumbiyada vergi islahatlarına qarşı nümayişlər ötən həftədən bəri davam edir. Boqota, Kali, Medellin və digər şəhərlərdə nümayişlər baş verib, 840-dan çox insan yaralanıb, azı 19 nəfər ölüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook