SON XƏBƏR

“Keşlə”nin Şamaxıya köç vaxtı dəqiqləşir

Aprel 04
18:19 2022
"Keşlə”nin yaxın günlərdə Şamaxıya köçmək məsələsi hələ də gündəmdədir. Hələ klubun mart ayından etibarən adıçəkilən rayonda məskunlaşacağı ilə bağlı xəbərlər dolaşsa da, məsələ bir qədər gecikdi. Ancaq gələn turdan etibarən "Keşlə”nin Şamaxıya gedəcəyi bildirilir. Bəs məsələ nə yerdədir? Rəhbərlik Peşəkar Futbol Liqasına müraciət edibmi? 
 
"Keşlə”nin mətbuat katibi Səbuhi Məmmədov Qaynarinfo-ya açıqlamasında sualları belə cavablandırıb:
 
"Şamaxı məsələsi ilə bağlı PFL-in açıqlamasını gözləyirik. Nə vaxt açıqlasalar, o zaman gedəcəyik. Müraciət deyəndə, biz klub olaraq rəsmi şəkildə adımızı dəyişmişik. Digər məsələlər də qaydasındadır. Yalnız stadion qalmışdı ki, onu da hazır etdik. Hüquqi prosedurlar, sənədləşmə, demək olar, yekunlaşıb. Qalır PFL-in elan etməsi. Ayın 9-dakı oyunumuzu Şamaxıda keçirə bilərik. Ancaq bu məlumat qeyri-rəsmidir. Təbii ki, gedib stadiona baxmışıq, oynamağa hazırıq. Sadəcə, PFL-in rəsmi şəkildə açıqlamasını gözləyirik ki, oraya gedə bilək. Komanda, stadion da hazırdı. Oyunun təşkilatçısı kimi son sözü PFL deyəcək. Oyunun Şamaxıda keçirilməsi üçün nə lazımdırsa, klub tərəfindən həyata keçirilib. Yəqin ki, bura müraciət də daxildir. Bir müddət əvvəl PFL-dən də açıqlama verilmişdi ki, proseslərdən xəbərdardırlar və yaxın zamanlarda elan olunacaq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook