SON XƏBƏR

“Kəpəz” MTK-da yarım milyonluq yeyinti - Cinayət

Aprel 14
15:36 2021
Bakıda bir neçə yaşayış binası tikən "Kəpəz” MTK-da yeyinti aşkarlanıb.

Qlobal.az qafqazinfo-ya istinadən xəbər verir ki, MTK-nın Nəsimi rayonunda tikdiyi binada mənzillər qanunsuz olaraq satılıb.

Belə ki, "Kəpəz” MTK-nın direktoru, 1961-ci il təvəllüdlü Rəşid Quliyev Nəsimi RPİ-yə müraciət edərək bildirib ki, şirkətin işçisi, Ağdam rayon sakini, 1984-cü il təvəllüdlü Tamerlan Tağıyev ondan xəbərsiz və qanunsuz olaraq 5 ədəd mənzili başqasına satıb. Mənzillərin ümumi dəyəri təxminən yarım milyon manatdır.

Faktla bağlı araşdırma aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook