SON XƏBƏR

Kəmaləddin Qafarovun səhiyyə naziri olmaq arzusu ürəyində qaldı…

Yanvar 21
14:13 2022
Xərçəng xəstələrindən milyonlar qazanan tərəvəzçi-üzümçü…

"Bəd xassəli şiş” ləqəbli "universal”-tərəvəzçi-inşaatçı Kəmaləddin Qafarov

Bir ilə yaxındır boş olan səhiyyə naziri vəzifəsinə dünən cənab Prezident Teymur Musayevi təyin etdi. Və…

Kəmaləddin Qafarovun səhiyyə naziri olmaq arzusu ürəyində qaldı.

Bəli, 1 ilə yaxın idi ki, müxtəlif şəxslər Oqtay Şirəliyevdən sonra səhiyyə naziri kürsüsünə göz dikmişdi. Onlardan biri də deputat Kəmaləddin Qafarov idi.
Əlbəttə, kiminsə nazir olmaq istəyi qəbahət və suç deyil.

Bir məsələ var deyir ki, general olmaq istəməyən əsgər yaxşı əsgər deyil.

Amma, lətifəsi bəzilərindən uzaq olsun, məscidin qapısı açıqdır, amma…

Bəli, Kəmaləddin Qafarov kimilər necə nazir olmaq arzusuna düşə bilər axı..?

Bu adam Bakıda doğulub, məktəbi bitirib və sonda hansı yollasa Naxçıvanda universitetə daxil olub.

Adamdan soruşarlar ki, Bakıda doğulan, burda böyüyən 17-18 yaşlı gənc necə oldu ki, gedib Naxçıvanda oxudu ?

Sizi inandırıram ki, bu adam bəlkə də universitetin qapısını tanımayıb.

Yaxşı, indi görək, bu adam Naxçıvanda hansı fakültəni bitirib, ixtisası nədir ?

Kəmaləddin Qafarovun rəsmi tərcümeyi-halında qeyd olunur ki, o, Naxçıvanda meyvə-tərəvəzçilik və üzümçülük fakültəsini bitirib.

Yəni bu adam kələmdən, soğandan, badımcandan, xiyardan, yəni tərəvəzdən danışsa, başa düşmək olar.

Bu adamın səhiyyəyə nə dəxli var, axı bu adam heç tibbi kolleci də bitirməyib…

Bəs heç bir tibb təhsili olmayan bu adam necə səhiyyə naziri olmaq eşqinə düşə bilər?

Bu adam heç mal doxturu- baytar-veterinar da deyil, axı..

Ona görə yazının girişində yazdıq ki, Kəmaləddinin arzusu ürəyində qaldı.

Təsəvvür edirsiniz, bu adam səhiyyə naziri olsaydı, nələr baş verərdi.

Onsuz da səhiyyəmiz bərbad gündədir.

Doğrudan da, Kəmaləddini səhiyyə naziri postunda təsəvvür edəndə adam dəhşətə gəlir.

Bu adam heç bir tibb təhsili olmaya-olmaya Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin Baş direktorunun müavinidir.
Təsəvvür edirsiniz, dünyada böyük problem olan onkoloji xəstəliklərlə bağlı Mərkəzə Kəmaləddin Qafarov rəhbərlik edir. Vallah, bu dünyanın sonu deməkdir. İnanmırsınız ?

Bu adam hər yerdən ümidi kəsilən xərçəng xəstələrinin başına hansı zülmləri gətirmir?

Kəmaləddin Qafarov bu əlacız xəstələrin hesabına milyonlar qazanır.

Bu adam deputat ola-ola "AzəriMed” şirkətinin sahibidir.

Bu adamın direktor müavini olduğu Onkoloji mərkəzdə xəstədən ilk müraciət zamanı 500 manata yaxın pul alırlar. Sonra kimyaterapiya üçün 300 manat, sonra şüa qəbulu 1000 manat, sonra pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat alır.

İndi gördünüzmü, belə birsinin səhiyyə naziri olması nə demək idi ?

Hələ bu harasıdır ?

Bu adam dərman sata-sata gəlib deputat olub.

Bəli, bu adam dərman alverçisidir, dərman satmaqla məşğuldur, "Zəfəran” apteklər şəbəkəsinin sahibidir.

Kəmaləddin Qafarov təkcə dərman satmır, ev, mənzil də satır.

Bəli, "universal” Kəmaləddin Qafarovun "VERSAL PALACE” MTK-sı Bakı şəhərində, Ağ Şəhərdə binalar tikir, bahalı mənzillər satır.

İndi isə Kəmaləddin Qafarovun şirkətlərinin az bir siyahısına nəzər salaq.

Yuxarıda qeyd etdiyimiz kimi, Qafarov "AzəriMed” şirkətinin rəhbəridir. Milli Onkologiya Mərkəzi (MOM) qanunla müəyyən olunmuş qaydaları aşkarcasına pozaraq, "AzəriMed” şirkəti ilə heç bir tender olmadan 43 milyon manatlıq alqı-satqı aparıb. Təsəvvür edin, Kəmaləddin Qafarov həm dövlətin 43 milyon vəsaitini verib-alandır, həm də öz şirkətinin 43 milyon manatlıq malını satan.

Milli Onkologiya Mərkəzi (MOM) "Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 mln. 120 min manatlıq müqavilə imzalayıb.MOM "Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair ümumi dəyəri 29 mln. 617,6 min manat ($17,4 mln.) olan müqavilələr imzalayıb.

Loru dildə desək, Kəmaləddin Qafarov özü özü ilə müqavilə bağlayır…

Təsəvvür edirsiniz, Kəmaləddin Qafarov Onkologiya Mərkəzinin direktor müavini olaraq dövlətin ayırdığı milyonları öz şirkətinin hesabına keçirir, oradan isə mal, dərman alıb təzədən Onkologiya Mərkəzinə satır.

Kəmaləddin Qafarov 2 dəfədir ki, Milli Məclisə üzv seçilir, deputat olur.

Deputat bu yaxınlarda yarım milyonluq tender uddu. Bəli, Dövlət Sərhəd Xidməti (DSX) "Azeri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ilə ümumi maliyyə dəyəri 441 703.85 AZN təşkil edən iki satınalma müqaviləsi imzalayıb.
 
Nəsə əlavə etməyə ehtiyac varmı, cənablar?

Bəs, bu ölkənin qanunları, müvafiq dövlət qurumları hara baxır?

Deputat necə bizneslə məşğul ola bilər?

Buyurun cavab gözləyirik.

Yazıda adları çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.
 
Mənbə: Gundəlik Bakı
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook