SON XƏBƏR

Keçmiş XİN şefindən Qumaşyanın mina etirafına reaksiya

İyun 07
18:45 2021
"Hesab edirəm ki, Ermənistan Silahlı Qüvvələrinin polkovniki Koryun Qumaşyan çıxışı daha çox şantaja oxşayır".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq, sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Ermənistan Silahlı Qüvvələrinin polkovniki Koryun Qumaşyan işğaldan azad olunan Kəlbəcər və Laçın rayonlarının sərhədə yaxın ərazilərində 17 maşın mina basdırdıqları ilə bağlı etirafını şərh edərkən deyib. Politoloqun fikrincə, Ermənistan prosesi dayandırmaq üçün bütün vasitələrə əl atacaq:

"Ermənilər üçün ən təhlükəli məqam ondan ibarətdir ki, vətəndaşlar Kəlbəcər rayonuna qayıtsın və ərazi tam olaraq Azərbaycanın nəzarətinə keçsin. Bu baxımdan onlar başa düşür ki, ermənilər yaşayan Dağlıq Qarabağ bölgəsində izolyasiya vəziyyətinə düşəcəklər. Ermənilər hər bir vasitəyə əl atırlar ki, bu prosesi ya dayandırsınlar, ya da ləngitsinlər".

Tofiq Zülfüqarov qeyd edib ki, 17 maşın mina sadəcə sıradan olan bir bəyanatdır.

Xatırladaq ki, Ermənistan Silahlı Qüvvələrinin polkovniki Koryun Qumaşyan işğaldan azad olunan Kəlbəcər və Laçın rayonlarının sərhədə yaxın ərazilərində mina yerləşdirdiklərini etiraf edib. O, "Kəlbəcər yaxınlığında 17 maşın mina yerləşdirmişik, minalara görə ərazidə heç nə edə bilməyəcəksiniz. Əsirlərimizi bizə qaytarın, mina xəritəsini verəcəyəm”,- deyə Qumaşyan qeyd edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook