SON XƏBƏR

Keçmiş hakim oğlunun adı saxta MMC-lər yaratmaqda hallanır - Təfərrüat

Aprel 10
02:41 2022
Maarif Qafarov deyir ki, xəbəri olmadan onun adına anbar açılıb və xaricdən ölkəyə mal idxal olunub. 

O bildirir ki, 2020-ci ilin mayında sürücüsü ondan xahiş edib ki, dostunun gömrükdə malları qalıb, onu keçirmək üçün fiziki şəxslərə ehtiyacı var ki, rüsumu az ödəsin. 

Sürücü gömrükdə 5 min manatlıq mal qaldığını, hər kəs üçün 1000 manat rəsmiləşdiriləcəyini deyib. 

Maarif Qafarov işçisi Elvin İsmayılovla birlikdə 17 saylı notariusa gedərək 3 nəfərin adına etibarnamə veriblər. Bir müddət sonra evlərinə vergi borcları ilə bağlı xəbərdarlıq məktubları gəlib. 

Şikayətçilər deyir ki, etibarnamənin qarşılığında həmin şəxslərdən heç bir vəsait almayıblar, onlara kömək üçün bunu ediblər. Hazırda Maarif Qafarovun 400 min, Elvin İsmayılovun 21 min manat vergi borcu var. Elvin İsmayılov deyir ki, verdiyi etibarnamədən sui-istifadə edilərək onun adına 3 şirkət açıblar, amma şirkətlərin adını bilmir. 

Maarif Qafarov deyir ki, dələduzluq yolu ilə şirkət açma işində  Səbail rayon Məhkəməsinin keçmiş hakimi Alim Namazovun oğlu Anar Namazovun adı çəkilir. 

2021-ci ilin iyulunda çıxan xəbərlərdə qeyd olunur ki, Anar Namazov başqalarının etibarından sui-istifadə edərək onların adına VÖEN açıb, xaricdən mal gətirib və daha sonra vergi borcunu ödəməyib. 

O, bu şikayətlərə görə dindirilib. Amma haqqında heç bir tədbir görülməyib. Deyilən ittihamlarla bağlı Anar Namazovla əlaqə qurmaq mümkün olmayıb.

Maarif Qafarovun sürücüsü Şamil Qasımov və şikayətçilərə notariusda öz adına etibarnamə yazdıran Elnur Əzimovun sənədlərdə göstərilən telefonları bağlıdır. 

Şikayətçiləri bir müddət sonra Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə dəvət etdilər. 

Şikayətçilər ümid edir ki, işlərinə tezliklə baxılıb vergi borcları ləğv ediləcək və onları bu duruma salmış şəxslər cəzalandırılacaq. Hələ ki, günbəgün gələn faizlər onların vergi borcunu artırır.
 

 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook