SON XƏBƏR

Karateçilərimiz Xl Dünya Oyunlarında

Dekabr 04
17:18 2021
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində böyüklərin 25-ci Dünya çempionatının mükafatçıları İrina Zaretska (-68 kq) və Asiman Qurbanlı (+84 kq) nəticələrə əsasən Dünya Oyunlarına vəsiqə qazanıblar. 

Azərbaycan Milli Karate Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə, 16-21 Noyabr tarixlərində ötən mötəbər yarışa 117 ölkədən 1054 karateçi qatılıb. Dubayda İ.Zaretska ikiqat Dünya çempionu, A.Qurbanlı isə bürünc medalın (eyni zamanda komanda yarışlarında) sahibi olub.

Daha bir idmançımız Rafael Ağayevin (-75 kq) də Dünya Oyunlarına vəsiqə qazanmaq ehtimalı yüksəkdir. Onun bu mötəbər yarışa qatılması 2022-ci ildə Karate1 seriyasından prestij turnirlərdə reytiniqdən və Avropa çempionatında nəticəsindən asılı olacaq.

Xl Dünya Oyunlarının karate yarışları 10 çəki dərəcəsi və kata çıxışları üzrə keçiriləcək. 12 kateqoriyanın hər birində 8 karateçi mübarizə aparacaq. Hər kateqoriyada ilk "üçlük" Dünya çempionatının mükafatçılarıdır. Digər 3 yer Dünya Oyunlarından öncə yenilənən reytinqdə ilk pillələri tutanlara, qitə çempionlarına, daha bir lisenziya isə təşkilatçı ölkənin təmsilçisinə veriləcək. 

Xl Dünya Oyunları 7-17 İyul 2022-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarının Birmingem şəhərində keçiriləcək. Bu nüfuzlu multiidman oyunlarında 100-dən artıq ölkədən 3600 elit idmançının çıxışı gözlənilir. Oyunların karate yarışları 8-9 İyul tarixlərində keçiriləcək.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook