SON XƏBƏR

Karate Federasiyası qadınlar arasında beynəlxalq təlim-məşq toplanışı təşkil edəcək

Aprel 13
10:31 2022
Azərbaycan Milli Karate Federasiyası (AMKF) qadınlar arasında 6-cı beynəlxalq təlim-məşq toplanışı təşkil edəcək.

Federasiyanın mətbuat xidmətinin məlumatına görə qadınların baş məşqçisi Denis Morozovun rəhbərliyi ilə mayın 2-8-də AMKF-in təlim-məşq bazasında keçirilən hazırlığa Tokio Olimpiadasının gümüş mükafatçıları İrina Zaretska, Anjelika Terlyuqa (Ukrayna), dünya çempionu Ayumi Uekusa (Yaponiya) kimi tanınmış qadın karateçilər, həmçinin milli komandamızın titullu üzvləri qatılacaqlar.

Bakıda növbəti beynəlxalq təlim-məşqlərə bir sıra ölkələrdən idmançıların qatılması da gözlənilir. Xatırladaq ki, martın əvvəli müxtəlif yaşlı qadınların 1 həftə davam edən beynəlxalq seminarında idmançılarımızla birgə, Çexiya və Yunanıstandan karateçilər iştirak etmişdilər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook