SON XƏBƏR

“Kapital Bank”ın filial müdiri evində asılmış vəziyyətdə tapılıb

May 17
19:14 2021
40 yaşlı Mahir Sultanovun ölümüylə bağlı cinayət işi başlanıb

"Kapital Bank”ın Xəzər rayon filialının müdiri, 1981-ci il təvəllüdlü Mahir Sultanov ölüb. 

Onun meyiti mayın 17-də səhər saat 7 radələrində Binəqədi rayonu ərazisində yaşadığı evdə turnikdən kəndirlə asılmış vəziyyətdə tapılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə bildirilib ki, məlumat daxil olandan dərhal sonra prokurorluq əməkdaşları məhkəmə tibbi ekspertinin iştirakıyla hadisə yerinə və meyitə baxış keçirib: "Araşdırma üzrə məhkəmə tibb ekpertizası təyin olunub, digər zəruri prosessual hərəkətlər həyata keçirilib. Hazırda Binəqədi Rayon Prokurorluğunda araşdırma davam etdirilir”.

Mərhumun yaxınları onun intiharının səbəblərilə bağlı heç bir ehtimal olmadığını bildirib: "Bizim özümüzə də qaranlıqdır ki, niyə belə eləsin. Araşdırma gedir, görək nə olacaq”.

Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook