SON XƏBƏR

Kanterdən Pekində keçiriləcək Qış Olimpiya Oyunlarına boykot çağırışı

Noyabr 01
00:14 2021
Milli Basketbol Assosiasiyasının ulduzu Enes Kanter 2022-ci ildə Pekində keçiriləcək Qış Olimpiya Oyunlarını boykot etməyə çağırıb.

Qaynarinfo xəbər verir ki, o, bu barədə tvitter hesabında yazıb:

"Soyqırımçı Çin hökuməti və onun arxasında duran təhlükəli tiran Si Cinpinin qarşıdan gələn Qış Olimpiya Oyunlarına ev sahibliyi etməsinə icazə verilməməlidir. "Pekin 2022"yə yox deyin".

Qeyd edək ki, Enes bundan əvvəl Çin rəhbərini "qanlı diktator” adlandırıb, bundan sonra Çin internetində "Seltiks”in oyunları bloklanıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook