SON XƏBƏR

Kadırov Ərdoğana müraciət etdi - “Bu cinayətkarların sizi aldatmalarına imkan verməyin”

May 16
15:04 2022
Çeçenistan lideri Ramazan Kadırov Türkiyənin yaralı ukrayna hərbçilərini və mülki vətəndaşları təxliyə etmək üçün "Azovstal” zavoduna gəmi göndərmək təklifinə reaksiya verib.

"AzPolitika.info” xəbər verir ki, bu barədə Ramazan Kadırov özünün telegram hesabından paylaşım edib.

Kadorıv Ərdoğanı "Azovstal” zavodundan Ukrayna qüvvələrini xilas etməməyə çağırıb: "Bu cinayətkarların sizi aldatmalarına imkan verməyin. "Azov" döyüşçüləri sizə günahsız qurbanlar kimi göstərilən qatillər və ateistlərdir”.

Xatırladaq ki, ötən gün Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın açıqlama verərək, Türkiyənin Rusiyanın mühasirəsində olan Ukraynadakı "Azovstal” fabrikindən yaralı əsgərlərin və mülki vətəndaşların təxliyəsi üçün gəmilər göndərməyi təklif edib.

"Türkiyənin bir neçə təxliyə planı var. Gəmilərimiz yaralı əsgərləri və digər mülki insanları Türkiyəyə gətirməyə hazırdır”, - Kalın bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook