SON XƏBƏR

İsveçdən Azərbaycana köçüb özünü “İmam Mehdi” elan etdi - VİDEO

Oktyabr 29
13:37 2021
Göyçayda özünü "İmam Mehdi” kimi təqdim edən şəxs peyda olub.

Baku TV əməkdaşları özünü "İmam Mehdi” kimi təqdim edən şəxsin - Tural Tahirovun yaşadığı ünvanda, rayonun Qaraməryəm qəsəbəsində olub.

Məlum olub ki, özünü "İmam Mehdi” adlandıran Tural Tahirov ali təhsillidir və ailədə dörd qardaşın ən böyüyüdür.

O, hərbi xidməti başa vurduqdan sonra İsveçə işləməyə gedir, yeddi il işlədikdən sonra vətənə dönür. Bundan sonra onun səhhətində müəyyən problemlər yaranır. Valideynləri onu Maştağada yerləşən ruhi dispanserə yerləşdirir. Bir müddət orada qaldıqdan sonra evə buraxılır.

Anası Zərniyar Tahirova deyir ki, Turalın tez-tez halı dəyişir və nə etdiyini, kimə hücum etdiyini bilmir.

Turalla həmsöhbət olarkən məlum olub ki, o, doğrudan da ruhi xəstədir və müalicəyə böyük ehtiyacı var. Ailənin isə buna maddi imkanı çatmır.

Turalın özünü insanlara "İmam Mehdi” kimi təqdim etməsi rayonda istər din xadimləri, istərsə də sakinlər tərəfindən yaxşı hal kimi qarşılanmır. Bu xəbər sosial şəbəkələrdə yayıldıqdan sonra rayon polis əməkdaşları da məsələni nəzarətə götürüb.

Qeyd edək ki, Tural Tahirov ruhi xəstədir və o, 2016-cı ildən Göyçay Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdadır.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook