SON XƏBƏR

“İsraildən olan muzdlular “Azov”la birgə vuruşur” – Zaxarovadan açıqlama

May 04
14:55 2022
İsraildən olan muzdlular Ukraynada "Azov” alayının döyüşçüləri ilə birlikdə vuruşur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Yenə bir məsələni deyəcəyəm, amma İsraildə indi informasiya kampaniyasını şişirdən siyasətçilər çətin ki, bunu eşitmək istəsinlər. Ola bilsin ki, onlara maraqlı olacaq. Ukraynada hazırda faktiki olaraq israilli muzdlular əslində "Azov” döyüşçüləri ilə çiyin-çiyinədir”, – Zaxarova "Sputnik" radiosunun efirində qeyd edib.

Rusiya XİN sözçüsü əlavə edib ki, İsraildə bundan xəbərsiz ola bilməzlər.

"Mən videonu, fakturanı, materialları gördüm”, – Zaxarova vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook