SON XƏBƏR

İrlandiyalı tarixçi: “Bayden anti-türk və anti-Azərbaycan tendensiyaları ilə yaşayır”

Aprel 27
06:49 2021
"ABŞ prezidenti Co Bayden liberal müdaxiləçidir, onun Türkiyəyə qarşı dərin nifrəti var. O, Senatın xarici əlaqələr komitəsinə rəhbərlik etdiyi gündən bəri yunanpərəstdir və Türkiyəyə edilən yardımların qarşısını almağa çalışır”.

Bunu "Report”un ABŞ bürosuna açıqlamasında irlandiyalı tarixçi, doktor Patrik Uolş (Patrick Walsh) deyib.

Onun sözlərinə görə, Baydenin qondarma "erməni soyqırımı” bəyanatı onun uzun illər ərzindəki anti-türk fəaliyyətinin təzahürüdür:

"Bayden keçmiş dövlət başçısı Donald Tramp administrasiyası dövründə Amerikanın dünyadakı etibarının və nüfuzunun azaldığından şikayətlənirdi. Həmin dövrdə Prezident İlham Əliyevin tarixi torpaqlarını erməni işğalından azad etmək üçün hərəkətə keçməsi Azərbaycan üçün böyük bir şans idi.

Prezident Tramp hesab edirdi ki, dövlətlərin aralarındakı münaqişələri məhdud qarşıdurma yolu ilə həll etməsi olduqca təbiidir. Azərbaycan Ordusu torpaqlarını düşmən işğalından azad etməyə başladığı zaman Tramp müharibənin olacağından yersiz şəkildə narahat deyildi.

Tramp ermənilərə qarşı hansısa bir şəkildə güc və ya digər bu kimi tədbirlər görmək bizim işimiz deyil deyə düşünürdü. Ancaq, Bayden üçün Amerika dünyanın öhdəliyini daşıyır. Qətiyyətlə demək olar ki, Bayden anti-türk və anti-Azərbaycan tendensiyaları ilə yaşayır. Onun 24 aprel tarixli bəyanatı "Müsəlmanların həyatı önəmli deyil” (Muslim lives don`t matter) kimi oxunur.

Çünki, onun ədalətsiz qərarında Birinci Dünya müharibəsi dövründə Osmanlı dövlətinə hücum edən imperialist güclərlə erməni üsyançıların öldürdüyü heç bir müsəlmandan bəhs edilmir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook