SON XƏBƏR

İrəvanda ermənilər Azərbaycan dilinə hörmətsizliyə görə döyüldü

Noyabr 03
15:19 2021
Ermənistanın paytaxtı İrəvanda gecə klublarının birində İran vətəndaşları ilə ermənilər arasında dava baş verib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistanın "Fakt” qəzeti məlumat yayıb.
 
Məlumatda bildirilir ki, davaya səbəb gecə klubuna əylənmək üçün gəlmiş İran vətəndaşları olan azərbaycanlıların öz ana dillərində danışmaları, eyni zamanda Azərbaycan musiqisi sifariş vermələri olub. Onların sifarişləri rədd edilib. Bundan başqa, ermənilər güneyli soydaşlarımızın Azərbaycan dilində danışmalarına qadağa qoymaq istəyib. Hətta onları təhqir də ediblər. Bu da mübahisəyə səbəb olub və nəticədə tərəflər arasında dava düşüb.

İrəvan polisinin yaydığı məlumata görə, davada iştirak etmiş 37 yaşlı Seyid Nurullahi, 24 yaşlı Arəş Təvvəküli, 25 yaşlı İmad Hüseynxan, 22 yaşlı Əmir Babazadə, 19 yaşlı Həsən Pəvin, 35 yaşlı Əhməd Əsgəri və 39 yaşlı Haşim saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, güneyli soydaşlarımız gecə klubunun bütün mühafizəçiləri, habelə işçilərini onlara hörmətsizlik etdiklərinə görə, döyüblər. Soydaşlarımız ifadələrində də bildiriblər ki, klubdakı ermənilər onların milliyyətinə, ana dilinə qarşı hörmətsizlik edib və bu davaya səbəb olub.

Məlumatda deyilir ki, İran vətəndaşı olan güneylilərin xəsarət yetirdikləri ermənilərin ümumi sayı 14 nəfərdən çoxdur

Faktla bağlı cinayət işi başlanılsa da, saxlanılan güneylilər sərbəst buraxılıblar. Soydaşlarımızın təbrizli olduğu bildirilir.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook