SON XƏBƏR

İran "saman altdan siyasət yeridir"

Avqust 05
13:30 2021
"İkinci Qarabağ savaşı dövründə və ondan sonrakı mərhələdə Azərbaycanın qazandığı parlaq qələbəyə görə həm region dövlətləri, həm də regionda marağı olan dövlətlər Qarabağ münaqişəsi ilə bağlı məkrli niyyətlərini gizlətməyi bacarmadılar. Bu münaqişədə tərəflər nəzəri olaraq dörd qrupa bölmək olar”.
Bu sözləri siyasi analitik Samir Hümbətov deyib.

O, həmin qrupları "Sherg.az”a açıqlamasında sadaladı:

"Birincisi, Türkiyə, Pakistan, İsrail, Ukrayna və s. kimi Azərbaycanın haqq işinə dəstək verənlər. İkincisi, Ermənistanın terrorçu və aqqressiv niyyətlərinə dəstəkləyənlət- Fələstin, Suriya, Yunan Kipri, Yunanıstan, Fransa, Rusiya...Üçüncüsü, özünü tam şəkildə bitərəf göstərən dövlətlər.

Bunlar həm Azərbaycanla, həm də Ermənistanla əməkdaşlıq edən Belarusiya, Qazaxıstan və başqalarıdır. Nəhayət, ABŞ, İran kimi sözdə özünü bitərəf göstərib, əslində düşmənə dəstək verənlər.

Xarici siyasətini müəyyən etmək hər ölkənin təbii və suveren haqqıdır, amma İran kimi addım atmaq və ikibaşlı siyasət aparmaq həm dövlətin varlığına təhlükə yaradır, həm də region və qonşu dövlətlərlə münasibətlərə ciddi zərər vurmuş olur. Son günlər İranın atdığı addımlar bunları deməyə əsas verir”.

O, rəsmi Tehranın faktlarla ifşa etdi:

"ABŞ-ın Ermənistandakı səfiri Lin Treysidən sonra İranın Ermənistandakı səfiri Abbas Badahşan Zahuri də Qeqarkunikə səfər etməsi İran-Ermənistan əlaqələrini açıq şəkildə göstərməklə yanaşı, sözün mənfi mənasıda İran-Azərbaycan əlaqələrinə ciddi təsir edən amillərdən oldu. Sözsüz ki, bu İranın atdığı ilk addım deyil. Heç son addım da olduğunu düşünmürəm.

İranın atdığı addımların arxasında regionda nüfuzunu qorumaq, Türkiyə-Azərbaycan birliyinin inkişaf etməsini ləngitmək, bölgədə kənar dövlətlərin varlığına icazə verməmək, Ermənistan vasitəsi ilə Azərbaycana təsir göstərmək kimi ambisiyalar dayanır. Görünən odur ki, atılan addımların arxasında siyasi məqsəd var. Hətta din qardaşlığı ifadəsinin arxasında gizlənmək olsa belə.

İranın siyasi hədəf arxasında regionda özünü təsdiq etmək dayanır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook