SON XƏBƏR

İran Rusiya, Belarus və Ermənistanı başına yığıb PUA yarışı keçirir

Avqust 15
16:05 2022
SEPAH Aerokosmik Qüvvələrinin məlumatına görə, İran dünya ordularının "dron yarışlarına” İsfahan vilayətinin Kaşan şəhərində ev sahibliyi edəcək.

Qaynarinfo bu barədə "Iranintl" saytına istinadən xəbər verir.

İnqilab Keşikçiləri Aerokosmik Qüvvələri komandanının müşaviri, briqada generalı Əli Bilali dünya ordularının PUA yarışmasının Kaşanda keçirildiyini elan edərək, bunun məqsədinin "İslam Respublikasının sülh, dostluq və əməkdaşlıq mesajını digər ölkələrə çatdırmaq” olduğunu bildirib. 

O, turnirin dəqiq vaxtını açıqlamayib, lakin əlavə edib ki, bu turnirdə müxtəlif ölkələrin, o cümlədən İran, Rusiya, Belarus və Ermənistanın komandaları iştirak edir.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook