SON XƏBƏR

İquain "İnter Mayami" ilə müqavilə imzalayacaq

Sentyabr 12
10:07 2020
Argentinalı futbolçu Qonsalo İquanin Şimali Amerika Əsas Futbol Liqasında (MLS) oynayan "İnter Mayami" klubuna keçəcək.

"Report” xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabrisio Romano məlumat yayıb.

İtaliyanın "Yuventus" klubu 32 yaşlı argentinalı ilə müqaviləni ləğv etmək barədə razılığa gəlib.

Q.İquain 2016-cı ilin yayından "Yuventus"da oynayır, iki dəfə İtaliyanın "Milan" və İngiltərənin "Çelsi" klublarında icarə əsasında çıxış edib. Bu mövsüm argentinalı forvard "Yuventus"un heyətində müxtəlif turnirlərdə 40 matç keçirib, 10 qol vurub və 8 faydalı ötürmə edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook