SON XƏBƏR

İqtisadçı alim: "Azərbaycanda demoqrafik vəziyyət ürəkaçan deyil"

Avqust 31
11:55 2021
"Azərbaycanda demoqrafik vəziyyət heç də ürəkaçan deyil. Təbii artım aşağı düşür, ölüm sürətlənir. Ölümün sürətlənməsinin bir çox səbəbləri - streslər, işğal olunmuş ərazilər, 3 min nəfərdən yuxarı şəhid verilib - bütün bunlar gələcəkdə demoqrafik proseslərə mənfi təsir göstərəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim, sabiq deputat Nazim Bəydəmirli son illər Azərbaycanda təbii artımın 2 dəfədən çox azalması, ölümün isə 25%-dən çox artmasından danışarkən deyib. Onun fikrincə, Azərbaycan hökuməti bu haqda düşünməlidir:

"Ölkələr uzun müddətli inkişaf strategiyasını planlaşdıran zaman həm də demoqrafik məsələlərə ciddi nəzər yetirir. Eyni zamanda sənayeləşmış, inkişaf etmiş ölkələr miqrasiya siyasətini elə tənzimləyir ki, əgər təbii artım aşağıdırsa, onu tənzimləmək üçün başqa ölkələrdən miqrasiya etmiş şəxsləri daha yaxşı yerləşdirmək, sosial müdafiəsini gücləndirmək məqsədi ilə müxtəlif layihələrə cəlb edirlər. Məsələn, Rusiya post-sovet ölkələrindən gələnlərin daha asan vətəndaşlıq və oturum almasına şərait yaradır. Eyni zamanda müxtəlif bölgələrə harada ki, demoqrafik proseslər, vəziyyət daha ciddi, pisdirsə ora yerləşdirməyə, vilayətlərə, boşalmış kəndlərə başqa ölkələrin vətəndaşlarını cəlb edir. Düşmən Ermənistanın da demoqrafik siyasətinə əsasən, təbii artımı tənzimləmək üçün başqa ölkələrdən erməni əsilli ailələrin köçürülməsinə böyük önəm verirlər, bu prosesi artırırlar. Hətta işğal altında olmuş, sonradan Azərbaycan ordusunun rəşadətli əsgər və zabitlərinin qanı-canı hesabına azad etmiş yerlərdə də biz bunu müşahidə etdik ki, yerləşdirmədə həm yaxın Şərqdən, həm digər ölkələrdən gələn erməni əsilli ailələr mövcud idi. Onlar üçün tikintilər aparırlar. İndi də Xankəndi və digər yerlərdə xaricdən insanlar gətirib yerləşdirirlər. Avropa ölkələrini də götürsək, müxtəlif sosial təminatları yüksək edirlər ki, demoqrafik prosesləri nəzarətdə saxlasınlar”.

İqtisadçı hesab edir ki, bu, Azərbaycan üçün də önəmlidir:

"Bəzən səhv başa düşülür, uşaq pulu sosial müdafiənin bir növüdür, demoqrafik proseslərə müsbət təsir edən amildir. Hökumət bu prosesləri yaxın gələcəkdə nizamlamasa, demoqrafik problemlərlə üzləşə bilərik. Ölkənin, həm demoqrafik institutların vəziyyətləri, həm azad liberal bazar dəyərlərinin olmaması insanları başqa ölkələrə köçməyə sövq edir. Hökumət maddi-təminatı, sosial müdafiəni gücləndirməlidir. Bundan başqa, gənc ailələrə dəstək prosesi daha sürətlə getməlidir. Bütün bunlar arzuolunan səviyyədə deyil”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook