SON XƏBƏR

Çin Böyük Britaniyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Mart 26
09:44 2021
Çin Xalq Respublikası Sincan Uyğur Muxtar Bölgəsində "insan hüquqları” mövzusu ilə bağlı yalan və dezinformasiya yaydıqlarına görə Böyük Britaniya parlamentinin bir neçə üzvünə, hüquqşünas və sahibkarlara, habelə 4 təsisatına qarşı sanksiyalar tətbiq edib.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
 
Qeyd olunub ki, həmin şəxslərin və onların ailə üzvlərinin Çinin materik hissəsinə, habelə Honkonq və Makao xüsusi inzibati ərazilərə girişinə qadağa qoyulub. Bundan başqa "qara siyahı”ya düşənlərin ölkədəki hesabları da dondurulacaq.

Çin vətəndaşlarına və qurumlarına sanksiya siyahısına düşənlərlə əməkdaşlıq qadağandır.

Çin XİN rəsmi Londona yenidən xəbərdarlıq edərək, Çinin əks təqdirdə daha sərt cavab verəcəyini açıqlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook