SON XƏBƏR
  • Gürcüstan buğda və arpa ixracına qadağa qoyubBu gündən Gürcüstandan yerli istehsal olan buğda və arpanın ixracına qadağa qoyulub. "Report”un yerli bürosu xəbər verir ki, hökumətin qərarı ilə qadağa 2023-cü ilin iyulun 1-dək qüvvədə olacaq...
  • Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulubİyulun 4-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçida..
  • Yaponiya Rusiyadan qaz almağa davam edəcəkYaponiyanın Rusiya qazından imtina etməsi ölkənin energetika sənayesindəki ağır vəziyyətə görə çətin olacaq. "Report” xəbər verir ki, bu barədə "Financial Times”a Yaponiyanın Mitsui O.S.K. Lines..
  • Tramp qayıdırRespublikaçılar Partiyasından olan Ağ Evin keçmiş rəhbəri Donald Tramp 2024-cü ildəki prezident seçkiləri kampaniyasına başlayacağını tezliklə elan etmək niyyətindədir. Məlumata görə, bu barədə bəy..
  • İsveçrədə Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcəkİsveçrənin cənubundakı Luqanoda Ukrayna ilə bağlı bazar ertəsi açılacaq konfrans öncəsi hazırlıqlar gedir. Onlarla ölkənin və beynəlxalq təşkilatların rəhbərləri ölkənin müharibədən sonrakı bərpası..
  • Rusiya Xəzər dənizinə 11 milyon kütüm buraxıbRusiyada mütəxəssislər Xəzər dənizinə 11 milyondan çox kütüm balığı buraxıblar. Bu barədə "Report” "TASS”a istinadən xəbər veirr. Bildirilib ki, balıqlar Mehteb inkubasiya zavodunda yetişdirilib..
  • Çimərlik futbolu üzrə millimiz superfinala vəsiqə qazanıbÇimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində (EBSL-2022) çıxışını başa vurub. Qlobal.az AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, seçmə mərhələ..
  • “Universal Pictures” Rusiyanı tərk edir​"Universal Pictures” kino şirkəti Rusiya ofisini bağlayacaq və ölkəni tərk edəcək. Bu barədə "Bulletin of the Film Distributor” portalına məlumat verilib. Nəşr şirkətdəki mənbəyə istinadən qe..
  • Natəvan Quliyeva Latviyada konsertlə çıxış edibAzərbaycanın Latviyadakı Səfirliyinin dəstəyi ilə Liepayadakı Müqəddəs Üçlük Kafedralında ölkəmizin istedadlı orqan ifaçısı Natəvan Quliyevanın konserti keçirilib. Natəvan Quliyeva görkəmli bəst..
  • İstanbulda meşələrə giriş qadağan edilibTürkiyənin İstanbul şəhərində baş verən yanğınlar səbəbindən meşələrə giriş qadağan edilib. "Report” xəbər verir ki, bu barədə İstanbul Valisi Ali Yerlikaya məlumat verib.   Qeyd olunub k..

"İmam Mehdi"dən 420 min manata cənnətdə torpaq alanlarla bağlı daha bir qalmaqal

May 17
10:55 2022
Özünü 12-ci İmam Mehdi kimi təqdim etməklə, insanları aldadıb, onların külli miqdarda pulunu, əmlakını ələ keçirməkdə ittiham olunan Aqil Babayevin həbsindən 1 ilə yaxın vaxt keçsə də, istintaq yekunlaşmayıb. Əksinə, bu işlə bağlı daha bir qalmaqal yaşanıb.

Qarabağ qazisi olduğunu deyən Ceyhun Məhərrəmov iddia edir ki, bu cinayət işi üzrə şahid qismində dindirilərkən istintaqa ifadəsində düzünü dediyinə görə təzyiqlərə məruz qalır. Onun sözlərinə görə, mayın 3-də yaşadığı evin girişində bir qrup şəxs ona hücum edib. Ceyhun Məhərrəmov bildirib ki, onu döyənlər arasında Abdullayev qardaşları da olub.

Bu qardaşlardan biri – Faiq Abdullayev Aqil Babayevin işi üzrə zərərçəkmiş qismində tanınıb. Aqil Babayev həbs olunarkən Daxili İşlər Nazirliyinin yaydığı videogörüntülərdə Faiq Abdullayevin dedikləri də yer almışdı. O iddia edirdi ki, Aqil Babayevin 12-ci İmam Mehdi olduğuna inanıb və "cənnətdə yer almaq üçün” ona 420 min manat pul verib:

"Mənə demişdi ki, axirətdə yerin yaxşı olacaq. Xırda-xırda verdiyim pullar 420 min manata gəlib çıxdı…”

Bu görüntülər yayılandan sonra Aqil Babayevin ailə üzvləri onun haqqında deyilənləri Meydan TV-yə təkzib etdi. Onun özünü "zühur etmiş 12-ci imam kimi təqdim edərək, insanları aldatması, onların pulunu əllərindən alması” haqda iddiaları absurd adlandırdılar. Bildirdilər ki, Aqil Babayev "Shaurma N1” restoranlar şəbəkəsinin sahiblərindən biridir. Onun pulunu, biznesini əlindən almaq üçün bu cür absurd ittiham uydurub, həbs ediblər.

İstintaqa ifadəsində həqiqəti danışdığına görə təzyiqə məruz qaldığını deyən Ceyhun Məhərrəmov bu iş üzrə şahid qismində dindirilməsinin səbəbi var. Məsələ burasındadır ki, "Şaurma N1″ restoranının VÖEN-i və patent hüququ məhz Ceyhun Məhərrəmovun adına olub.

Ceyhun Məhərrəmov deyir ki, "Shaurma N1”in şərikləri Natiq Sadıqov və Aqil Babayev olub. Onun sözlərinə görə, Aqil Babayevin işi üzrə zərərçəkmiş qismində tanınan, "İmam Mehdi” qismində ona pul verdiyini iddia edən bəzi zərərçəkmişlər ondan ifadəsini geri götürməsini tələb edirlər. Öncə bundan ötrü ona pul təklif ediblər. Dediyinə görə, razılaşmayıb və növbəti dəfə onu döyüblər, təhqir ediblər.

Ceyhun Məhərrəmov hadisə ilə əlaqədar Daxili İşlər Nazirliyinin 102 Zəng Mərkəzinə müraciət edib. Hazırda Xətai rayonu, 36-cı polis bölməsində araşdırma aparılır.

"Buna baxmayaraq, qarşı tərəf yenə sakitləşmir, Aqil Babayevin işiylə bağlı düzünü danışan başqa şəxslərə də təhqir və təhdidləri davam etdirirlər”, – Ceyhun Məhərrəmov bildirib.

"Cənnətdən 420 min manata torpaq aldığını” iddia edən Faiq Abdullayev bir müddət əvvəl də başqa bir hadisə ilə əlaqədar məsuliyyətə cəlb edilib. Zhang Xiaojuan, Vüsalə Bəhmənova və başqaları ondan şikayət edib ki, bu şəxs tərəfindən təhdid və təhqirlərə məruz qalırlar. 54 yaşlı Faiq Abdullayev haqqında cinayət işi başlanmasa da, o, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsilə məsuliyyətə cəlb edilib.

Abdullayev qardaşları da mayın 3-də baş vermiş hadisə ilə əlaqədar Ceyhun Məhərrəmovdan polisə şikayət edib. Onlar deyir ki, Ramazan bayramı münasibətilə açılan süfrə arxasında əyləşdikləri vaxt bu qalmaqal baş verib.

"Ceyhun gəlib söyüş söydü, nəticədə dava düşdü. Onun özü mənə xəsarət yetirib”, – Faiq Abdullayev bildirib.
 
Mənbə: meydan.tv//
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook