SON XƏBƏR

İcra başçısı qazi anasına: "Yenəmi sən gəldin?"

Yanvar 29
10:39 2021
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov dərman pulu üçün qəbuluna gələn qazi anasını əliboş qaytarıb.
 
Qlobal.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə dövlət hüququ üzrə doktor Fərhad Mehdiyev yazıb:
 
"Rayon icra başçıları bu xalqa və vətəndaşa ən yad olanlardır. Sizə birisindən bəhs edim. Bu gün qazi ailəsinin ziyarətində qazinin anası danışıb. Suraxanı rayonu Hövsan qəsəbəsində kirayədə yaşayan qazi Namazov Təhmasib İlqar oğlunun anası Hicran xanım gedib icra başçının qəbuluna və çox deyil, dərman pullarının qarşılanmasını istəyib.

"YENƏMİ SƏN GƏLDİN" deyərək, icra başçısı Əziz Əzizov Hicran xanımı azarlayıb, təbii ki pul filan da verməyib.

RİH başçıları qazilərin müalicəsini ödəməli deyil, bunu Müdafiə Nazirliyi və YAŞAT fondu etməlidir. Amma qazinin anasına təpinmək və onun ürəyini sındırmaq yerinə, İB tapşıra bilərdi ki, Hicran anaya YAŞAT-a müraciət etməyi öyrətsinlər, ya da onların adından 8110-a zəng etsinlər. Heç mi mümkün deyildi? Vətəndaşı qoyaq bir kənara, qazi anasına heç pul da vermə, bəs elementar qayğı, empatiya, dərdinə köməkçi olma hissi harda qalıb?".
 
Məsələ ilə əlaqədar Suraxanı rayon İcra Hakimiyyətindən münasibət öyrənməyə çalışsaq da, qarşı tərəf münasibət bildirmədi.
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook