SON XƏBƏR

İcra başçısı İnzibatı Xətalar Məcəlləsini pozdu - FOTO

May 31
18:28 2020
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun "Gülüstan” yaylaq zonasında olub, burada köç etmiş heyvandarlııq təsərrüfatlarına baş çəkib və onların problemləri ilə maraqlanıb.

Modern.az xəbər verir ki, Laçın rayonundan məcburi köçkün ailəsinin təsərrüfatına baş çəkən İcra başçısı heyvanlara vaxtında zəruri baytarlıq xidmətinin göstərilməsi, o cümlədən vaksinasiya tədbirlərinin həyata keçirilməsi ilə bağlı söhbətlər aparıb.

İcra başçısı M.Quliyevin görüşündən diqqət çəkən məqam onun karantin dönəmində təhlükəsizliyə əməl etməyərək, çobanlarla görüşə maska taxmadan getməsi olub.
 
Qlobal.az olaraq xatırladaq ki, Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.
 
Qlobal.az
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook