SON XƏBƏR

İçərişəhərdə biabırçılıq: Bulağı kimlər qurudub? (FOTO)

İyul 06
14:48 2021
İçərişəhərdə fəaliyyət göstərən bulağa gələn su Karvansara restoranı tərəfindən kəsilib.
 
Qlobal.az-a bu barədə məlumat verən vətəndaşlar qeyd edir ki, ərazidə hökm sürən acınacaqlı vəziyyət xeyli müddətdir davam edir. 
 
"Əvvəllər bu bulağın çox sərin suyu olurdu. Bulaqdan İçərişəhəri ziyarətə gələn insanlar istifadə edirdilər. Ancaq bir müddətdir ki, bulağın suyu kəsilib. Bulağa gələn suyun Karvansara restoranı tərəfindən kəsilib. Bu haqda İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun rəhbərliyi xəbərdar olsa da, bu acınacalı durumun qarşısının alınması üçün heç bir addım atmırlar"-deyə, məlumatda qeyd olunur.
 
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğundan məsələyə münaisbət bildirilmədi.
 
Qlobal.az
 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook