SON XƏBƏR

İbrahimoviç “Mançester Yunayted“i tənqid etdi: “Keçmişdən çox danışırlar“

Noyabr 24
00:21 2021
"Milan"ın futbolçusu Zlatan İbrahimoviç "Mançester Yunayted"in baş məşqçisi Ule Qunnar Sulşeri istefaya göndərməsinə münasibət bildirib. 

Fanat.Az xəbər verir ki, bu barədə isveçli hücumçu "The Guardian"ə danışıb: 

"İngiltərədə əla təcrübə qazandım. "Mançester Yunayted" möhtəşəm klubdur. Biz birlikdə bir çox mükafat qazandıq. 

"Mançester Yunayted"in əsas problemi odur ki, öz keçmişləri barədə çox danışırlar. Mən o kluba keçəndə dedim ki, "Mən burda indiki zamana köklənib öz tariximi yazacağam". Keçmişi çox düşünəndə geri düşürsən. Bu günü düşünmək lazımdır. Ya da xəstəxanaya gedib beyni təmizlətmək...". 

Qeyd edək ki, 40 yaşlı əfsanə 2016-2018-ci illərdə "Mançester Yunayted"in şərəfini qoruyub. 33 oyunda meydana çıxan İbra 17 qola imza atıb. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook