SON XƏBƏR

Hüquqşünas: ""Azəriqaz"-ın açıqlaması dələduzluq niyyəti ilə verilmiş olma ehtimalını ağla gətirir"

Yanvar 08
21:17 2022
""AzəriQaz" İB adına Vüqar Eyvazovun "Vətəndaşlar bir aylıq evlərini tərk edəndə bizə xəbər verməlidir" açıqlaması qanunaziddir".
 

 
Qlobal.az xəbər verir ki, bu barədə hüquqşünas Fərhad Mehdiyev feysbuk profilində yazıb: 
 
"Nə abonent müqaviləsində, nə də hər hansı başqa normativ-hüquqi aktda belə bir göstəriş var. Hal-hazırda "AzəriQaz" adına belə bir açıqlamanın səbəbi ancaq və ancaq dələduzluq niyyəti ilə verilmiş olma ehtimalını ağla gətirir. Çünki bunun təhlükəsizliklə bir əlaqəsi yoxdur. Açıq qalmış qaz aparatları evi 1 gündə də havaya uçura bilər, bunun üçün 1 ay gözləməyə ehtiyac yoxdur. Belə halda "AzəriQaz" İB-nin borcudur ki, bu açıqlamanı ağla batan texniki səbəblərlə əsaslandırsın. Amma bu elmi və inandırıcı olmalıdır. Əks halda vətəndaşın konstitusion hüquqlarına və istehlakçı hüquqlarına zidd olan bu bəyanat, qurumda baş verə bilən korrupsiya hallarına dair ciddi şübhələr yaradır".
 
Xatırladaq ki, bir neçə gün öncə "Azəriqaz” İB-də keçirilən növbəti "Açıq qapı” aksiyasında Birliyin Hüquq Departamentinin rəisi Vüqar Eyvazov abonentlərin yaşadıqları evlərini müvəqqəti də olsa tərk etdikdə "Azəriqaz”-a müraciət etməli olduqlarını bildirib. 

Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook