SON XƏBƏR

Həbs edilən Taleh Bağırzadə haqqında şok fakt - NARDARANLILARI ALDADAN “HACI” YƏHUDİ İMİŞ

Noyabr 28
09:35 2015
Noyabırın 26-da Nardaran qəsəbəsində polis qüvvələri ilə Hacı Taleh Bağırzadə arasında baş vermiş qarşıdurmada 6 nəfərin həlak olması, bir neçə nəfərin isə yaralanması Bakı sakinlərində ciddi narahatlıq yaratmışdır. Bəziləri baş verənlərdə Nardaran sakinlərinin əli olması ilə bağlı fikirlər səsləndirsə də, əslində ortada olan faktlar Hacı Talehin, Zülfüqar Mikayılzadənin və onların əlaltılarının Nardarana heç bir aidiyyatı olmadığını göstərir.
 
Məlumatı olmayanlara bildirmək istəyirik ki, hamı Hacı Talehi nardaranlı kimi qələmə versə də, əslində onun həmin qəsəbəyə və sakinlərinə heç bir aidiyyatı yoxdur. Atası İsmayıllı rayonunda məskunlaşmış dağ yəhudilərindən, anası isə Yevlax qaraçılarından olan Taleh Bağırzadə Nardaran camaatı arasında həmişə şübhə ilə qarşılanmış, ona qarşı inamsızlıq mövcud olmuşdur. Nardaran kəndinin hər zaman sözünü deyən ağsaqqaları olub və indidə var. Hacı Talehə isə heç kəs bu kəndin adından söz deməyə ixtiyar verməmişdir.
 
Taleh Bağırzadə 2015-ci ildə həbsdən azad edildikdən sonra ABŞ-a və Qərbi Avropa ölkələrinə yaxınlığı ilə seçilən erməni əsilli Leyla Yunusu dəstəkləməsi də Nardaran əhli və ümumiyyətlə dindarlar tərəfindən mənfi qarşılanmışdır.
 
Daim öz çıxışında dindarların haqqının qorunması barədə moizələr oxuyan Hacı Taleh Bağırzadənin bugün bahalı maşında və şəxsi mühafizə ilə gəzməzi daim söz-söhbətə səbəb olmuşdur.
 
Sual yaranır: Mühavizəçilərə, dəbdəbəli həyata və bahalı avtomobillərə verilən vəsait haradan qaynaqlanır? Əksər vaxtını məscidlərdə və dindarlar arasında keçirən Hacı Taleh özünü kimdən qoruyur?
 
Vəsaitin hardan əldən edilməsi barədə artıq uzun müddətdir müxtəlif versiyalar səslənir. İlkin iddialara görə Hacı Taleh "Xüms”dən toplanan vəsaiti dindar bacı və qardaşlarının ehtiaclarına yönəltmək əvəzinə öz şəxsi maraqları üçün xərcləyib.
 
Ən maraqlı məqam ondan ibarətdir ki, nə Taleh Bağırzadə, nə də Zülfüqar Mikayılzadə hicab aksiyalarında saxlanılmış dindarların sonrakı taleyi ilə maraqlanmamış, onların hansı məişət problemləri ilə üzləşmələrindən bixəbər olmuşlar. Bu isə sözügedən şəxslərin nə qədər şöhrətpərəst olduğunu, öz məqsədləri üçün sadə və inanclı insanların etimadından sui-istifadə etmələrini göstərir. Noyabırın 26-da 6 nəfər Hacı Talehin şəxsi maraqlarının, ambisialarının qurbanı olmuşdur. Bu faktor da öz növbəsində ənənəvi inancımız olan şiəliyi nüfuzdan salmağa, onun əsl mahiyyətinə xələl gətirməyə hesablanıb.
 
Məlumat üçün qeyd edək ki, Hacı Taleh şəxsi maraqları və ağalarından aldığı sifarişi "icra” etmək məqsədi ilə bir qrup nardaranlının təmiz din sevgisindən istifadə edərək asayışı pozmağa çalışmış və ciddi fəsadar törətmişdir.
 
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Nardaranda baş verən silahlı insidentlə bağlı birgə məlumat yayıb.
 
Məlumatda deyilir ki, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənmiş və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri etmişdir.
 
Müəyyən olunmuşdur ki, Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu Mikayılov və Əbülfəz Heydət oğlu Bünyatov dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsi, şəriət qanunları ilə idarə edilən dini dövlət qurulması məqsədilə "Müsəlman birliyi” adlı hərəkat yaratmışlar. Adları çəkilən şəxslər Bakı şəhərindən və respublikanın digər bölgələrindən özlərinə tərəfdarlar toplamış, onları müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə və qurğularla təchiz edərək cinayətkar dəstə təşkil etmişlər.
 
7News.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook