SON XƏBƏR

Hacı İlqar İbrahimoğlu niyə saxlanılmışdı?

Oktyabr 20
09:26 2021
Ötən gecə hüquq-mühafizə orqanlarının saxladığı Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin (DEVAMM) sədri, ilahiyyatçı Hacı İlqar İbrahimoğlu sərbəst buraxılıb.

Modern.az xəbər verir ki, bu barədə İ.İbrahimoğlu özünün Facebook səhifəsində canlı yayım açaraq bildirib.

Hacı İlqar şahid qismində dindirilmək üçün hüquq-mühafizə orqanlarına dəvət olunduğunu qeyd edib.

"Bir neçə saat ərzində mənə ünvanlanan bütün suallardan sonra sərbəst buraxıldım”.

Məlumatlara görə, Hacı İlqar İbrahimoğlunun İran xüsusi xidmət orqanları ilə əlaqələrinin olub-olmadığını araşdırılır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook