SON XƏBƏR

Gürcüstanda həbsxanada yanğın olub - Ölənlər var

Oktyabr 15
10:55 2021
Gürcüstanın Rustavi şəhərində 17 saylı cəzaçəkmə müəssisəsində yanğın olub.

"Report”un yerli bürosu xəbər verir ki, hadisə zamanı iki məhbus ölüb.

Qeyd edək ki, həbsxanada yanğın ötən gün günorta saatlarında baş verib. Mətbəx ərazisində qeydə alınan yanğının söndürülməsində 6 yanğınsöndürən maşın iştirak edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook