SON XƏBƏR

Gürcüstan Saakaşvilini Ukraynaya təhvil verməməkdə israrlıdır

Oktyabr 29
06:43 2021
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Ukraynaya təhvil verilməsi və ya onun həbsdən vaxtından əvvəl azad edilməsi istisna olunur.
 
"Report” xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili "İmedi” telekanalına müsahibəsində bildirib.
 
Onun sözlərinə görə, Saakaşvilinin vaxtından əvvəl azadlığa buraxılmasından söhbət gedə bilməz:

"Onun Ukraynaya verilməsi də istisnadır. Əgər biz bu və ya digər işi görəciyiksə, deməli, ertəsi gün bütün hökumət üzvləri ərizə yazıb istefa verməlidir”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook