SON XƏBƏR

Günəşlidəki binaya qanunsuz tikilən 2 mərtəbə söküləcək (VİDEO)

Avqust 10
23:34 2020
Bakının Günəşli qəsəbəsində uzun müddətdir yaşayış olan 15 mərtəbəli binanın üzərində əlavə tikilən iki mərtəbə söküləcək.

Qlobal.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu bu gün əraziyə gələn Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov jurnalistlərə açıqlamasında bildirib.

E.Əsədov qeyd edib ki, "Badükübə” Mənzil Kooperativ Müəssisəsi binanın tikintisinə 2008-ci ildə başlayıb: "Bir müddət keçdikdən sonra bina istifadəyə verilib, insanlar məskunlaşıblar. Lakin binanın istismarına dövlət və müvafiq qurumlar tərəfindən icazə verilməyib.

Kooperativin rəhbərliyi tərəfindən binanın üzərində daha iki mərtəbənin qanunsuz tikintisi başlayıb. Bununla əlaqədar olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən "Tikinti və şəhərsalma” Məcəlləsinin 95-ci maddəsinə uyğun olaraq, tikinti işlərinin saxlanılması və bir il müddətində qanunsuz tikintinin qanuniləşdirilməsi, müvafiq sənədlərin təqdim edilməsi barədə tapşırıq verilib. Bu tapşırığın icrası qanunla məcburi olsa da, uzun müddət keçməsinə baxmayaraq, MTK rəhbərliyi tərəfindən bu günədək Fövqəladə Hallar Nazirliyinə və digər icazə verən qurumlara heç bir icazəverici sənəd təqdim olunmayıb. Məhz bunları nəzərə alaraq dərhal binanın üzərində qanunsuz tikilən iki mərtəbənin söküntüsünə başlanılmasına qərar verilib. Yaxın günlərdə vətəndaşlar və media nümayəndələri söküntünün şahidi olacaqlar. Söküntüyə bu cür tikililərin sökülməsi üçün xüsusi təcrübəsi olan şirkət cəlb olunacaq. MTK-ya verilən vaxt başa çatıb və daha əlavə tikiliyə icazə verilməyəcək”.

Qeyd edək ki, bir neçə gün əvvəl "Qafqazinfo” əməkdaşları da sözügedən binaya baş çəkib vəziyyəti işıqlandırmışdı.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook