SON XƏBƏR

Gəncədə məhkəmə sədri polisə aparılıb – Sərxoş vəziyyətdə karantin qaydalarını pozub

Aprel 22
23:49 2021
Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyev sərxoş vəziyyədə karantin qaydalarını pozduğu üçün saxlanılaraq, polisə aparılıb.

Qlobal.Az "gününsesi.info” saytına istinadla xəbər verir ki, hadisə bugünlərdə Gəncənin Kəpəz stadionunun yaxınlığında baş verib. N.Əliyev saxlanılarkən sərxoş vəziyyətdə olub və tibbi maskadan istifadə etməyib. O, bununla kifayətlənməyərək, polis əməkdaşlarına sənəd təqdim etməyib, onlarla kobud davranıb. Qarşılıqlı mübahisənin sonunda Natiq Əliyevi polisə gətiriblər.

Araşdırma zamanı onun məhkəmə sədri olduğu üzə çıxıb və barəsində inzibati tənbeh tədbiri görülmədən sərbəst buraxılıb.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook