SON XƏBƏR

Gəncədə ekoloji terrorun qarşısı alındı - FOTO

İyul 21
13:32 2021
Gəncə şəhəri Nizami rayon Həsənli qardaşları 39 ünvanında çinar ağacının dibinin asfaltlanması ilə bağlı daxil olan şikayətlə əlaqədar dərhal ETSN-nin yerli qurumunun əməkdaşları əraziyə baxış keçirib və fakt təsdiqini tapıb. 
 
Bu barədə Qlobal.az-a ETSN-dən məlumat verilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında çinar ağacının dibi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçiləri tərəfindən asfaltdan təmizlənib və ona aqrotexniki xidmət göstərilib. 
 
Bu kimi halların baş verməməsi üçün onlara tövsiyə verilib.

Nazirliyin sözçüsü onu da qeyd edib ki, yerli icra hakimiyyətləri öz ərazilərində olan yaşıllıq sahələrinə cavabdehlik daşıyır.

"Çox istərdik ki, belə halların baş verməməsi üçün onlar ərazilərindəki ağaclara həssaslıqla yanaşsınlar. Yaşıllıq sahələrində mütəmadi monitorinqlər aparsınlar ki, ərazilərində olan yaşıllıqların vəziyyəti barədə daim məlumatlı olsunlar."
 
Xatırladaq ki, Gəncə şəhərində yüz illik xan çinar ağacının dibinin alfaltlanması barədə Qlobal.az-a yerli sakinlər məlumat vermişdilər. Şəhər sakinləri Gəncə şəhərində ağaclara qarşı vəhşi münasibətə heç bir qurumun münasibət bildirmədiyindən şikayətçi idilər. 
 

 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook