SON XƏBƏR

"Futbolçu Vaqif Cavadov borc aldığı 142 min manatımı qaytarmır" - Şikayət (VİDEO)

Aprel 17
17:04 2022
Azərbaycanlı futbolçunun küllü miqdarda borcu üzə çıxıb.

Vaqif Cavadovun 4 ildi 142,500 manat borc aldığı xanım dilə gələrək danışdı:

Qlobal.az xəbər verir ki, Media TV-yə müraciət edən Bakı şəhər Səbail rayon sakini Bağırova Dilarə Həmid qızı bildirir ki, 4 ildir Azərbaycanın tanınmış futbolçusu Vaqif Cavadova borc verdiyi pulu geri ala bilmir.

Xanım müraciəti zaman onuda bildirib ki, Vaqif Cavadov Azərbaycanın tanınmış futbolçusu İsgəndər Cavadovun qardaşı oğludur.

Dilara xanım iddia edir ki, 4 ildə pulu geri almaq üçün bütün vastələrdən istifadə edib, hətta əmisi İsgəndər bəy baş verənlərə müdaxilə edərək qardaşı oğlu Vaqifə zaman qazandırıb ki, borcunu geri qaytarsın.

Şikayətçi Dilarə Bağırova bildirir ki, Vaqif Cavadov onun müraciəti əsasında hüquq mühafizə orqanlarına dəvət olunub. Və orada bildirib ki, sizə olan borcumu az bir zamanda ödəyəcəyəm.

Şikayətçinin verdiyi məlumata görə, Cavadov Vaqif Fizuli oğlu Azərbaycanda Qarabağ, Keşlə, Sumqayıt kimi futbol kulublarında futbolçu kimi oynamışdır.

Onun sözlərinə görə, futbolçu hal-hazırda Qazaxıstan Respubilkasının Turan Futbol Kulbunda köməkçi məşqçi vəzifəsində çalışır.

Bağırovanın iddiyalarına aydınlıq gətirmək üçün futbolçu Vaqif Cavadovla əlaqə saxlamaq istədik, telefona cavab vermədi.
 
Qarşı tərəf mövqe bildirə bilər.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook