SON XƏBƏR

Fransa sərt karantinə baxmayaraq, erməni və PKK-çılara “hə” dedi

Oktyabr 19
18:40 2020
Fransa sərt karantin yasaqlarına baxmayaraq, ermənilərin Azərbaycan və Türkiyəyə qarşı etiraz aksiyası keçirməsinə icazə verib.

Qaynarinfo "TRT Haber"ə istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə ermənilərin Azərbaycanın torpaqlarını işqaldan xilas etmək üçün başlatdığı əməliyyata qarşı keçirdiyi aksiyaya PKK terror təşkilatının üzvləri də qatılıb.
 
Fransada Erməni Təşkilatları Koordinasiya Qurumu (CCAF) tərəfindən təşkil edilən aksiyada Invalides Meydanında toplanan iştirakçılar Azərbaycanın Ermənistanın hücumlarına qarşı özünü müdafiə haqqından istifadəsinə etiraz ediblər.
 
PKK üzvləri də əllərində Ermənistan bayrağı və PKK-ya aid ağ parçalarını götürərək aksiyaya qatılıblar.
 
Aksiyada PKK-nın ağ parçalarının Fransa, Avropa Birliyi (AB), Ermənistan və Yunanıstan bayraqlarıyla eyni kadrda yer alması diqqət çəkib.
 
CCAF rəhbərliyi Fransa prezidenti Emmanuel Makronu Ermənistanı tək qoymaqda ittiham edərək Dağlıq Qarabağın Ermənistan torpağı olaraq tanınmasını tələb edib.
 
CCAF ermənilərin bölgənin ən mədəni milləti olduğunu irəli sürərək Ermənistanın feminizm, demokratiya və mədəniyyətin ən böyük müdafiəçisi olduğunu iddia edib.
 
Fransada yeni tip koronavirusa (COVID-19) görə məhdudiyyətlərin sərtləşdirilməsinə baxmayaraq, icazə verilmiş aksiyada sosyal məsafə qaydalarına əməl edilməyib, maskalar düzgün taxılmayıb.
 
Aksiyanın axırında iştirakçılar polisin müşayiəti ilə Yelisey Sarayına doğru irəliləyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook