SON XƏBƏR

Flora Kərimova Prezident təqaüdünü qazilər arasında bölməsindən danışdı

Sentyabr 06
13:24 2021
"Bir addım vardı, onu da həyata keçirdim. Bu mövzuda bundan başqa heç nə deməyəcəyəm”.

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Flora Kərimova Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən Müharibəsi qaziləri arasında bölməsi ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Sənətkar yeni mahnılar üzərində işlədiyini deyib:

"Yeni mahnılar üzərində işləyirəm. Bir neçə mahnı var ki, onları tamamlamalıyam. Allah vaxt vəfa eləsə, bunların hər birini yazıb, planlarımı da yerinə yetirəcəyəm. Xüsusi konsert vermək kimi planım yoxdur, amma kimsə məni konsertinə dəvət eləsə, gedərəm”.

Flora Kərimova pandemiyadan da söz açıb:

"Pandemiyadır. Xəstəlikdən qoruna bildim. Allah millətimi qorusun, bu bir ildə çox adamı itirdik. Onların arasında sənət adamları da var”.

Qeyd edək ki, Xalq artisti, "Şərəf" ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk aylığını Vətən Müharibəsi qaziləri arasında bölüb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook