SON XƏBƏR

Finlandiya NATO-ya üzvlük üçün müraciət niyyətini rəsmən açıqladı

May 12
14:10 2022
Finlandiya NATO-ya üzv olmaq üçün dərhal müraciət edəcəyini rəsmən bəyan edib. Bu barədə prezident Sauli Niinistyo və baş nazir Sanna Marinin birgə bəyanatında deyilir.

Qeyd edək ki, Rusiyanın Ukraynaya müharibəsindən sonra Finlandiya və İsveç Şimali Atlantika Alyansına qoşulmağı fəal şəkildə müzakirə etməyə başlayıb. Finlandiya Rusiya ilə 1300 km uzunluğunda sərhədi bölüşür.

"NATO-ya üzvlük Finlandiyanın təhlükəsizliyini gücləndirəcək. NATO üzvü kimi Finlandiya bütün müdafiə alyansını gücləndirəcək. Finlandiya dərhal NATO-ya üzv olmaq üçün müraciət etməlidir”, - bəyanatda deyilir.

NATO-ya daxil olmaq qərarı Finlandiya parlamenti tərəfindən hələ də dəstəklənməyib. Finlandiyanın "Yle” nəşrinin məlumatına görə, parlamentin bu məsələni bazar ertəsi, mayın 16-da müzakirə edəcəyi gözlənilir. Bir həftə ərzində Finlandiya NATO-ya üzv olmaq niyyəti haqqında bəyannamə təqdim edəcək. Bundan sonra Finlandiya üzvlük danışıqlarına dəvət olunacaq.

İsveçin də bu gün, mayın 12-də NATO-ya üzv olmaq niyyətini rəsmən elan edəcəyi gözlənilir.

Qeyd edək ki, qoşulma prosesi bir neçə aydan bir neçə ilə qədər davam edə bilər. Ancaq NATO-nun Brüsseldəki sözçüsü bildirib ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün müraciət etmək qərarına gəlsə, təsdiqləmə prosesi bir neçə həftə ərzində tamamlana bilər. Moskva isə adıçəkilən ölkələrin NATO-ya daxil olacaqları təqdirdə Rusiyanın hədəfinə çevriləcəyini bəyan edib. ( Hromadske.ua)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook