SON XƏBƏR

FHN Şabrandakı yanğını söndürməyə çalışır

Avqust 16
15:02 2022
Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir. Hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin "BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub.

Bu barədə FHN məlumat yayıb.

Qeyd edək ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermis yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook