SON XƏBƏR

FHN işinin öhdəsindən gələ bilmir?

İyul 31
12:25 2021
"Sumqayıt zibil poliqonunda yanğının söndürülməsinin gecikməsinin bir səbəbi də var FHN yetərincə texnika cəlb etmir..."
 
Qlobal.az xəbər verir ki, FHN-nin fəaliyyəti haqqında neqativ fikirləri sosial şəbəkələrdə "ecofront" yayıb. 
 
"Ancaq primitiv su püskürmə üsulu istifadə edilib uğursuz olub, dayanıb. Əslində isə köpük püskürməli və ya daha spesifik texnologiya istifadə edilməlidir. Hər halda FHN bunu daha yaxşı bilər. Neft buruğunu söndürə biliriksə poliqonu da söndürə bilərik. Başqaları poliqonu söndürə bilirsə biz də söndürə bilərik. 

Fakt odur ki, yanğının söndürülməsində FHN demək olar ki, iştirak etmir yanğın torpaqlama üsulu ilə söndürülür. Bu isə prosesi uzadır və texnikaların sürücülərini həyati təhlükədə qoyur. Yanğın və tüstü olan ərazilərdə ağır texnikalar işləyir. Heç kəs o sürücülərin sağlamlığını düşünmür. Sabah bədbəxt bir hadisə baş verəndə üzülməkdən başqa bir iş gəlməyəcək əlimizdən. FHN məsələyə adekvat resurslarla qarışmalıdır".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook