SON XƏBƏR

Ermənistanın verdiyi mina xəritələri emal və təhlil edilir (VİDEO)

Dekabr 13
09:30 2021
Ermənistanın Azərbaycana verdiyi mina xəritələri emal və təhlil edilir.

Bunu Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.

Vüqar Süleymanovun sözlərinə görə, mina ilə ən çox çirkləndirilən yerlər Füzuli, Ağdam rayonları, Tərtərin işğaldan azad olunan kəndləri və keçmiş təmas boyu yerləşən ərazilərdir: "Ümumiyyətlə, ərazisinin mina ilə çirklənmə səviyyəsinə görə Azərbaycan dünyada çox təəssüf ki, ilk sıralardadır".

ANAMA sədri azad olunan ərazilərdə son zamanlar insanların minaya düşməsi hallarının artmasına da münasibət bildirib.

Qeyd edək ki, 2020-ci il noyabrın 10-dan indiyədək işğaldan azad edilən ərazilərdə minaya düşmələri nəticəsində 7 hərbi qulluqçu, 29 mülki şəxs həlak olub. 109 hərbi qulluqçu, 44 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Qlobal.az Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook