SON XƏBƏR

Ermənistanın prezidenti: "Biz Türkiyədən, Türkiyə də bizdən üzr istəməlidir"

İyun 20
13:56 2022
"Ermənistan ASALA-ya görə Türkiyədən üzr istəməlidir".
 
Cebhe.info-nun məlumatına görə, Ermənistanın hazırkı Prezidenti Vahan Xaçaturyan belə deyib.

Qeyd edilir ki, Xaçaturyan 2011-ci ildə Türkiyənin Çukurova Universitetinin İqtisadiyyat fakültəsinin Beynəlxalq Əlaqələr Departamentinin və Türkiyənin İqtisadi və Sosial Araşdırmalar Vəqfinin Xarici Siyasət Proqramının birgə təşkil etdiyi tədbirdə belə fikir söyləyib.

"Adanada Türkiyə-Ermənistan münasibətlərinin müzakirəsi” mövzusunda keçirilən həmin görüşdə Vahan Xaçaturyan deyib:

"Ermənistanda heç kim arxaya baxmaq istəmir, burada məqsəd azad "Ermənistan-Türkiyə münasibətləri" yaratmaqdır. Təəssüf ki, bu mövzuda müsbət nəticə əldə etmədik".

O, əlavə edib ki, bunda regional güclərin böyük payı var. Ermənistan Prezidentinin fikrincə, hər şeyə və regional güclərə baxmayaraq, Türkiyə və Ermənistan öz aralarında problemləri birgə həll edə bilməlidir.

Xaçaturyan qeyd edib ki, Ermənistanda kifayət qədər iqtisadi və sosial problemlər var. Ona görə də ölkə vətəndaşları keçmişdə baş vermiş hadisələr haqqında çox düşünə bilmirlər.

Xaricdə yaşayan ermənilərin isə (Fransa və ABŞ) iqtisadi və sosial problemləri az olduğundan "soyqırım" məsələlərinə daha çox maraq göstərirlər.

Türkiyənin qondarma erməni soyqırımı ilə bağlı bir dəfə üzr istəməsinin vacib olduğunu deyən Xaçaturyan əlavə edib:

"Bu yanaşma bütün qapıları sona qədər aça bilər. Biz regionda baş verən qanlı münaqişələrə görə Türkiyədən, xüsusən də ASALA-ya görə üzr istəməyə hazırıq. Ermənistan olaraq Türkiyədən üzr istəyəcəyik. Lakin Türkiyədə bu istiqamətdə heç bir irəliləyiş yoxdur. Bu qədər mübahisələr bəsdir, iki ölkə arasındakı çəkişmələrə son qoyulmalıdır".


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook