"Ermənistanın mina terroru davam edir" - Dövlət başçısı
Oktyabr 05
12:12
2022
Müharibənin təxminən 2 il əvvəl başa çatmasından bəri təxminən 250 azərbaycanlı mina partlayışları nəticəsində ölüb və ya ciddi xəsarət alıb.
"Biz indi keçmiş qaçqın və məcburi köçkünlərin öz vətənlərinə qaytarılması ilə bağlı saysız-hesabsız çağırışlarla üzləşirik. Genişmiqyaslı yenidənqurma proqramı ilə yanaşı, ən böyük mürəkkəblikdən biri minalardır”, - dövlət başçısı vurğulayıb.
Prezident İlham Əliyev diqqətə çatdırıb ki, müharibənin başa çatmasından bəri təxminən 250 azərbaycanlı mina partlayışları nəticəsində ölüb və ya ciddi xəsarət alıb. Dövlət başçısının sözlərinə görə, təəssüf ki, bu rəqəm hər həftə artır. Yalnız ötən həftə 2 nəfər həlak olub, 3 nəfər ciddi xəsarət alıb.