SON XƏBƏR

Ermənistanın "Avrora” radiosu Qarabağda yayımını əslində niyə dayandırıb? (ŞƏRH)

Sentyabr 16
11:14 2021
"Düşünürəm ki, bu, maliyyə məsələləri ilə bağlı deyil”.

Bunu Qaynarinfo-ya açıqlamasında media eksperti Qulu Məhərrəmli Ermənistanın "Avrora” radiosunun Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yayımını dayandırmasına aydınlıq gətirərkən deyib. 

Ekspert hesab edir ki, radio yayımı elektron yayımı içərisində iqtisadi, maliyyə çəhətdən ən sərfəlidir, ucuz başa gəlir: 

"Adi bir studiyadır, cüzi avadanlıqla onu təşkil eləmək olur və səsi ötürücülər yayır. Mən elə bilirəm ki, bu, sülhməramlılarla yerli media arasındakı anlaşılmazlıqla bağlı ola bilər. Çünki orada yerli ermənilərin daxili gizli bir etirazı var və bunu verilişlərdə də ifadə edirlər. Hesab edirəm, bağlanma buna görədir”.

Qeyd edək ki, Ermənistanın "Avrora” radiosunun Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə yayımı dayandırılıb. Radio rəhbəri bunu maliyyə problemləri ilə bağlayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook