SON XƏBƏR

Ermənistandan itkilərlə bağlı yeni açıqlama

Avqust 04
09:36 2022
Azərbaycan Ordusunun ötən gün keçirdiyi antiterror əməliyyatı nəticəsində yaralanan qanunsuz erməni silahlı dəstə üzvlərinin sayı 19-a çatıb.

Modern.az xəbər verir ki, bu barədə separatçı rejimin "səhiyyə naziri" Mikael Ayryan bildirib.

"4 yaralının vəziyyəti ağırdır, onlardan birinin vəziyyəti son dərəcə ağırdır, əməliyyat bu yaxınlarda başa çatıb. Digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir", - Ayryan deyib.

Qeyd edək ki, bundan öncə erməni mənbələr 4 separatçının öldüyünü, 15-nin isə yaralandığını bildirmişdi.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook