Ermənistanda vəkil Nikol Paşinyanı məhkəməyə verdi
May 07
07:36
2021
Ermənistanda vəkil kimi çalışan Tiqran Atanesyan ölkənin baş nazir vəzifəsini icra edən Nikol Paşinyanı məhkəməyə verib.
İddia İnzibati Məhkəməyə verilib, sənədi hakim Qriqor Arakelyan imzalayıb.
Vəkil məhkəmədən Nikol Paşinyan hökumətinin istefasını qəbul edən prezident fərmanının 25 aprel tarixində yayımlandıqdan sonra Paşinyanın baş nazir vəzifəsini yerinə yetirməsi üçün qanuni əsasların olmamasını tanımasını tələb edir.