SON XƏBƏR

Erməni professor: "Qarabağ ermənilərinin siyasi gələcəyi yoxdur"

Noyabr 21
13:36 2020
"Ermənistan Türkiyə və Azərbaycanla vasitəçilərlə deyil, birbaşa əlaqə saxlamalıdır”.

Qaynarinfo xəbər verir ki, bu fikirləri Türkiyənin "Ahval” ingilis dilli saytına müsahibəsində tanınmış erməni tarixçisi və siyasətçisi, ABŞ-ın Miçiqan universitetinin Tarix bölümünün rəhbəri, professor Jirar Libaridyan deyib.

Azərbaycanın sabiq xarici işlər naziri Vilayət Quliyev erməni professorun müsahibəsinin əsas tezislərini qeyd edib:

- Rusiyanın Qarabağdakı davranışı Türkiyəni ABŞ və NATO-dan uzaqlaşdırmaq, Azərbaycanla birlikdə özünə daha da yaxınlaşdırmaq məqsədi güdən diplomatik səylərdir.

- Öz növbəsində Türkiyə Rusiyanın ənənəvi təsir dairəsi sayılan regionda nüfuzunu qüvvətləndirir. Türkiyə bölgəyə hərbi gücləri ilə gəlir və kimsə bunun qarşısını ala bilməz.

- Laçın dəhlizinə nəzarəti ələ keçirməklə Rusiya regiondakı təsirini daha da artırır. Eyni zamanda həm Azərbaycan, həm də Ermənistan üçün problem yaratmaq imkanı qazanır.

- Rusiya ermənilərin Dağlıq Qarabağa qaytarılması məsələsində maraqlı olacaq, əks-təqdirdə rus sülhməramlılarının regiondakı fəaliyyətinə lüzum qalmır.

- əvvəllər Dağlıq Qarabağ erməniləri Ermənistandan idarə olunurdu. İndi isə onlar təxminən Türkiyə erməniləri ilə eyni vəziyyətə düşəcəklər: yəni dillərini, məktəblərini, kilsələrini qoruyub saxlayacaq, lakin siyasi gələcəklərini itirəcəklər.

- ermənilər Türkiyə və Azərbaycanla beynəlxalq güclər vasitəsi ilə deyil, birbaşa əlaqələr yaratmalıdırlar”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook