SON XƏBƏR

Erməni nazir müavinindən Njde və erməni faşizmi ilə bağlı şok açıqlama (VİDEO)

Fevral 15
10:33 2021
Ermənistan mədəniyyət nazirinin müavini Janna Andreasyan erməni televiziyasında nasist əlaltısı Qaregin Njdenin ultra-millətçi "tsexakronizm" ideologiyasının təhlükəsi barədə əhəmiyyətli açıqlama verib. 

Qaynarinfo.az xəbər verir ki, bu sözlər yüksək səviyyəli bir erməni məmurunun Njdenin erməni millətinin üstünlüyü barədə faşist təliminə qarşı ilk açıq nitqi olub.

"Njdenin ideologiyası, əslində, faşist ideologiyadır. 21-ci əsrin bir toplumu olaraq bizim üçün çox təhlükəlidir, çünki bu ideologiya dünyaya təcavüz əsasında qurulub, özünü bütövlükdən ayırır. Dünya və bütün cəmiyyətlər üzərində üstünlüyünü nümayiş etdirir. Əgər onun təlimində olan bütün gözəl sözləri bir kənara qoymaq olarsa, yerdə yalnız bu çox təhlükəli zəmin qalacaq", - nazir müavini deyib.

"Sən bu cür mövcud ola bilməzsən, yəni hamıya qarşı davran, hamıya yuxarıdan aşağı bax və eyni zamanda başqalarının bizə yaxşı münasibət göstərməsini gözlə. Bu olmur. Ətrafımızdakı hər kəsin küt olduğunu düşünüb hamını öz nəzarətimizdə saxlamağa çalışa bilmərik. Buna görə yaşamaq mümkün deyil. Bizim erməni xalqının elan edə biləcəyi digər konsepsiyalara ehtiyacımız var", - Janna Andreasyan bildirib.

"Hazırkı məqamda biz erməni cəmiyyətində yalnız millətçilərin monoloqunu görürürk. Ancaq hər hansı monoloq cəmiyyət üçün çox təhlükəlidir. Müasir dünya sürətə və müxtəlifliyə əsaslanır və bu tendensiyalara uyğun gəlmiriksə, demək, sosial inkişaf trendlərinə uyğun gəlmirik, o zaman anlamalıyıq ki, bu vəziyyətdə biz həmişə dünya birliyinin həyatından kənarda olacağıq", -. Ermənistan mədəniyyət nazirinin müavini fikrinmi yekunlaşdırıb.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook