SON XƏBƏR

Erməni anaları və əhali etiraz edir

İyul 12
22:48 2020
Xəbər verdiyimiz kimi, cəbhənin Tovuz rayon Ağdam kəndi istiqamətində düşmənin artilleriya silahlarından da istifadə edərək atəşkəs rejimini kobud şəkildə pozması və Azərbaycan Ordusunun adekvat cavab tədbirləri nəticəsində hər iki tərəf itki verib. 

"MediaPost” xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi gün ərzində dəfələrlə rəsmi məlumatlar verərək, Azərbaycan cəmiyyətini intensiv xəbərlərlə təmin edib: "Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 2 nəfər şəhid olub, 5 nəfər isə yaralanıb".

Ancaq Ermənistan Müdafiə Nazirliyi hələ də rəsmi məlumatları açıqlamaqdan çəkinir, Ermənistan ordusunun itkilərini gizlətməyə çalışaraq erməni əhalisinin təşvişini birə beş artırır. 

Ordusundakı ölüm saylarını gizlətməyə çalışan Ermənistan tərəfi artıq daxili qarşıdurma ilə üz-üzədir. Ölən hərbi qulluqçuların anaları və erməni əhalisi sosial şəbəkələrdə əsgər ölümlərinə etiraz edirlər. Onlar Baş nazir Nikol Paşinyanın səriştəsizliyini, idarəetmə bacarığının olmadığını və hər an ölkəsinin əsgərini öldürtməyə hazır olduğunu bildiriblər. Bu etirazlar erməni sosial şəbəkələrində və rusdilli mətbuatda yer alıb. 

Onlar Paşinyanın yarıtmaz daxili və xarici siyasətinin əsgər ölümlərinə səbəb olduğunu yazaraq onun "xarab sistem"ini tənqid ediblər.

Yaranmış belə şəraitdə daxili vəziyyətin daha da pisləşməməsi üçün Ermənistanın müdafiə naziri Daviв Tonoyan hələ də rəsmi ölüm saylarını gizlətməyi üstün bilir. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook