SON XƏBƏR

“Ərəblər 2500-3000 ABŞ dollarını kimələrə verib?..”

Mart 26
19:42 2021
"Ovçuluq üçün ilk növbədə mülki silahların saxlanılması lisenziyası tələb olunur".

Qaynarinfo xəbər verir ki, bunu hüquq müdafiəçisi Aqil Layıc ərəblərin Azərbaycanda nadir quş növlərini ovlamasına aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, lisenziya müəyyən araşdırmadan - arayışlardan sonra daxili işlər orqanları tərəfindən verilir:
 
"Bundan sonra mülki silahları saxlamağa və güllə daşımağa icazəsi olan bütün şəxslər imtahan verib ovçuluq bileti almalıdır. Bu da kifayət deyil. Ov üçün lisenziya alınmalıdır. Lisenziya üçün 550 manat ödənilməlidir. Lisenziyalar isə vahid dövlət portalına yerləşdirilməlidir".
 
Vəkil bildirib ki, aidiyyatı qurumlar hansı icazələr əsasında ov üçün icazə verildiyini əsaslandırmalıdır:

"Nəyə görə qanunda qeyd edilən normaların əksinə olaraq ərəblərə kütləvi şəkildə faunamızın dağıdılmasına imkan verilib? 2500-3000 ABŞ dolları kimələrə verilib və niyə? 

Ovçuluğu qadağan edilənlər daxili işlər orqanlarından xüsusi icazəsi olmayan şəxslərdir. Hər növ heyvanların (qabandan başqa) 3 adamdan çox dəstə şəklində qıy və yürüşlə ovlamaq qadağandır". 

Qeyd edək ki, sosial mediada ərəblərin Acınohur çölündə quş ovuna davam etdikləri və hazırda isə Qax Dövlət Təbiət Yasaqlığında nadir quş növlərini ovladıqları barədə video-görüntülər yayılıb.

Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook